Dağıstanda terror aktları hazırlamaqda şübhəli bilinənlər saxlanılıb
Deyirəm, bu lap, o, “...yıxılna balta çalan çox olar” məsəlinə bənzəməyə başlayıb.
Deməli, Dağıstanda terrorçuluqda şübhəli bilinərək saxlanılan hər üç nəfərdən ikisi Mərkəzi Asiya ölkələrindən olduğu meydana çıxıb. (...yəqin köhnə basmaçılardanmışlar..?)
SİA-nın əldə etdiyi məlumata görə, bunu RİA Novosti dövlət agentliyi respublikanın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.
...Çoxmənzilli binalardan birində lentə alınan videonu bazar günü səhər Milli Antiterror Komitəsi yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəlilər silsilə terror aktları törətməyi planlaşdırırmışlar.
Amma Rusiyanın xüsusi təyinatlıları Mahaçqala və Kaspiysk şəhərlərinin yaşayış massivlərindəki mənzillərdə onların qarşısını kəsiblər.
Adı açıqlanmayan mənbəyə istinadən saxlanılanların Mərkəzi Asiyadan olan vətəndaşlar ola biləcəyi barədə məlumat martın 31-də səhər saatlarında, hətta “antiterror əməliyyatı” başa çatmamış “Hər kəsdən əvvəl” teleqram kanalında yayılıb. Mənbəyə görə, şübhəlilərin martın 22-də “Crocus City Hall”-da hücum edənlərlə “birbaşa əlaqəsi” olduğu iddia edilir.
Amma deyəsən sonradan rus mənbələri bu məlumatın rəsmi təsdiqinin olmadığını yazıblar.
Xüsusi xidmət orqanlarının əməliyyat kadrlarında Tacikistan pasportlarına oxşar sənədlər əks olunub.
RİA Novosti-nin məlumatına görə, üçüncü şübhəli şəxs Dağıstandandır.
Regionun rəhbəri Sergey Melikov bir müddət əvvəl bildirmişdi ki, ehtimal olunan yaraqlılar Crocus City Hall-da baş verən terror aktından sonra təhlükəsizliyin gücləndirilməsi çərçivəsində müəyyən ediliblər. Mülki əhali və təhlükəsizlik qüvvələri arasında itki yoxdur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB