...Ukraynanın Luqansk vilayətinin Rusiyanın nəzarətində olan Starobelsk şəhərində bazar ertəsi Rusiyanın təyin etdiyi məmurun olduğu avtomobil partladılıb.
Valeri Çayka regional təhsil təşkilatlarına xidmət mərkəzinin rəis müavini vəzifəsini tutub. SİA-nın əldə etdiyi məlumata görə, o, yerindəcə dünyasını dəyişib.
Rusiya İstintaq Komitəsi avtomobilin partladılması və bir nəfərin ölümü ilə bağlı cinayət işinin başlandığını açıqlayıb.
Rusiya tərəfindən təyin edilmiş Starobelsk rəhbəri Vladimir Çernev teleqram kanalında Çaykanın “...ukraynalı quldur dəstələrindən azad edildikdən sonra Starobelsk şəhərinin yaranmasının başlanğıcında dayandığını” bildirib.
Partlayış barədə məlumat verən Ukrayna mətbuatı Çaykanı əməkdaş adlandırır.
O, 2010-cu ildə Viktor Yanukoviçin Regionlar Partiyasından Starobelski Şəhər Şurasının deputatı seçilib. 2022-ci ildə rus qoşunlarının Luqansk vilayətinə genişmiqyaslı işğalından sonra Çayka, rusların tərəfinə keçib və Rusiya administrasiyası tərəfindən vilayətin Starobelski rayonunun rəhbərinin müşaviri təyin edilmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB