Bu gündən etibarən İngiltərədə TV və internet xərcləri, ev və maşın vergisi, su və kanalizasiya pulu, qatar gediş haqları daxil olmaqla, yeddi adda kommunal xərclər artırılır.
SİA-nın əldə etdiyi məlumata görə, yeni qiymətlərə əsasən orta illik ev vergisi 106 funt-sterlinq artacaq. İngiltərə və Uelsdə orta ev təsərrüfatlarının su və kanalizasiya haqqı 6 faiz artaraq 473 funt-sterlinqə çatacaq. Telefon və internetdən istifadə edən müştərilər öz xərclərində 8,8 faizə qədər hesab artımı ilə üzləşəcəklər.
TV lisenziyası və yol vergisinin qiymətlərində isə təxminən illik 10 funt-sterlinqlik artım olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB