Moskva vilayətində fabrikdə güclü yanğın baş verib

Moskva vilayətində fabrikdə güclü yanğın baş verib

Moskva vilayətində "Elektroizolit" zavodunda güclü yanğın baş verib.

SİA Mash Telegram kanalna istinadən hələ ki, itkilər barədə məlumat olmadığını bildirir.

...Hadisə Moskva vaxtı ilə saat 16:00 radələrində Moskva vilayətinin Serqiyev Posad rayonunun Xotkovo şəhərində yaşanıb. Telekanalın məlumatına görə, binalardan birinin dam örtüyü yanıb. Yanğının ərazisi müəyyənləşdirilir.

Kadrlarda açıq alov və yüksək tüstü buludu görünür. Hadisə şahidləri hopdurma emalatxanasının alovlandığını deyirlər.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğınsöndürənlər yanğını 150 kv.m sahədə lokallaşdıra biliblər.

Binadan 4 nəfər təxliyə edilib. Hadisə yerində yanğınsöndürmə və xilasedicilər işləyir.

Xatırladaq ki, müəssisə elektrotexnika sənayesinin ən böyük şaxələndirilmiş zavodudur. Əsas məhsullar izolyasiya materiallarıdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə