Rusiyada millətlərarası və miqrasiya siyasətinə cavabdeh olacaq xüsusi idarə yaradıla bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Vedomosti” qəzeti prezident administrasiyası və hökumətə yaxın mənbələrə istinadən yazır.
Qeyd olunur ki, struktur birbaşa prezidentə hesabat verəcək. Departamentin Milli Məsələlər üzrə Federal Agentliyin və Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin səlahiyyətlərini birləşdirəcəyi, millətlərarası eləcə də miqrasiya məsələləri ilə məşğul olacağı gözlənilir.
Qəzetin yazdığına görə, struktura Milli İşlər üzrə Federal Agentliyin rəhbəri İqor Barinov və UVP-nin millətlərarası münasibətlər üzrə kuratoru Anatoli Vyleqjanin rəhbərlik edə bilər.
Qeyd edək ki, Rusiyada əvvəllər Millətlər İşləri və Regional Siyasət Nazirliyi var idi, lakin 2001-ci ildə ləğv edilərək funksiyalar Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinə verilib.
Miqrantlarla da əvvəlcə Daxili İşlər Nazirliyinin tabeliyində olan, sonra birbaşa hökumətə tabe olan Federal Miqrasiya Xidməti məşğul olurdu. 2016-cı ildə isə funksionallığın Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri Baş İdarəsinə verilməsi ilə ləğv edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB