Türkiyənin terrorla mübarizəsi davam edir

Türkiyənin terrorla mübarizəsi davam edir

İraqın şimalında Hakurk bölgəsində aşkarlanan separatçı terror təşkilatı PKK üzvü 5 terrorçu zərərsizləşdirilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabından edilən paylaşımda "Terror yuvalarını məhv etməyə davam edirik! İraqın şimalındakı Hakurk bölgəsində aşkarlanan 5 PKK terrorçusu Hərbi Hava Qüvvələrimiz tərəfindən zərərsizləşdirildi. Soylu millətimizi terror bəlasından xilas etmək üçün böyük əzm və qətiyyətlə mübarizəmizi davam etdiririk, edəcəyik!" deyilib.

Bütün xəbərlər Facebook səhifəmizdə