Rusiyada kafedə partlayış baş verib

Rusiyada kafedə partlayış baş verib

Rusiyanın Voronej şəhərində kafedə partlayış baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və ya yaralananların olub-olmaması ilə bağlı hələlik açıqlama verilmir.

"Maş" Media Qrupu kafenin səhər saatlarında heç kimin olmadığı bir vaxtda hücuma məruz qaldığını bildirib. Dövlət xəbər agentliyi RİA isə bildirib ki, polis kafeyə ziyan dəyməsi ilə bağlı xəbərlərdən sonra araşdırmaya başlayıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə