...Bu gün Rusiya Federasiyasının Qara Dəniz Donanması Qara dənizdə üzməyə cəsarət etmir..?
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bildirib.
Qeyd edilməlidir ki, Qara dənizdəki vəziyyət hazırda digər ölkələrin donanmaları tərəfindən diqqətlə izlənilir.
Deməli bunu ABŞ ordusunun Avropadakı keçmiş komandanı Ben Xodjes deyib.
Onun fikrincə, Ukraynalılar ən azı Qara dəniz kimi qapalı sularda dənizdəki müharibənin xarakterini dəyişiblər.
Deyim ki, Xodjes bunu “Silicon Curtain”-a müsahibəsində bildirib.
Hərbçi qeyd edib ki, ənənəvi dəniz döyüşlərindən fərqli olaraq, Ukrayna Silahlı Qüvvələri Rusiya Qara Dəniz Donanmasına qarşı yeni və uyğunlaşdırılmış texnologiyalardan, təxribat əməliyyatlarından eləcə də xüsusi təyinatlılardan istifadə edib.
Ukrayna Silahlı Qüvvələrinin uğuru həm də Rusiyanın Qara Dəniz Donanmasının kifayət qədər hazırlığının və imkanlarının olmamasından xəbər verir.
Bunu deyən Xodjesin ehtimalına görə, “bu münaqişənin ilk günlərində Rusiya Qara Dəniz Donanmasının da onun quru qoşunlarından heç də yaxşı olmadığını” göstərir.
Yeri gəlmişkən, Xodjes burada mühüm bir detala da diqqət çəkib.
Belə ki, əgər Kerç körpüsü dağıdılarsa, bu halda Ukrayna Silahlı Qüvvələri rusların Azov dənizində daşınması üçün istifadə edə biləcəkləri iri logistik gəmiləri hədəfə alacaq.
Bundan əlavə, rusların gəmiləri təmir edə biləcəyi Sevastopol yaxınlığındakı quru dok da bu sırada olacaq.
...Yenə də Xodjesin fikrincə, Rusiyanın Qara dəniz donanmasının geri çəkilməsi Putinin ilhaq edilmiş Krımın itiriləcəyi təqdirdə nüvə silahından istifadə etmək niyyətinə şübhə etməyə əsas verir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB