Meksikada qayıq batdı - 8 çinli həyatını itirdi

Meksikada qayıq batdı - 8 çinli həyatını itirdi

Meksika üzərindən ABŞ-a keçməyə çalışdıqları güman edilən 8 çinli qaçqın qayığın batması nəticəsində həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Meksika vətəndaşının idarə etdiyi qayıq bir gün əvvəl Qvatemala sərhədindəki Çiapas əyalətindən yola düşüb. Batmış qayıqdan bir nəfər sağ çıxıb, qayığa nəzarət edən şəxsin taleyi isə hələlik bəlli deyil.

Rəsmilər qaçqınların cəsədlərinin Playa Visente yaxınlığındakı çimərlik yaxınlığında tapıldığını açıqlayıb. Bildirilib ki, qəzanın səbəbləri araşdırılır və həyatını itirənlərin kimliyini müəyyənləşdirmək üçün Çinin Meksikadakı səfirliyi ilə işlərə başlanılıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə