74 yaşlı İsrailin Baş naziri Binyamin Netanyahu bel yırtığından əməliyyat olunub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahunun əməliyyatı uğurlu keçib.
Bu barədə İsrail Baş nazirinin müalicə olunduğu xəstəxanadan açıqlama verilib. Netanyahu əməliyyatdan sonra özünə gəlib. Baş nazirin ailəsi ilə danışdığı, vəziyyətinin yaxşı olduğu bildirilib. Netanyahuya rutin tibbi müayinələr zamanı yırtıq diaqnozu qoyulub.
Qeyd edək ki, Netanyahunun vəzifəsinə İsrail baş nazirinin müvəqqəti müavini və ədliyyə naziri Yariv Levin təyin edilib.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB