Rusiya prezidenti Vladimir Putin aprel-iyul aylarında silahlı qüvvələrdə icbari hərbi xidmət haqqında fərman imzalayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yayın ortalarına qədər 147 min nəfərin Ukraynada döyüşmək üçün çağırılacağı və daha sonra tərxis olunacağı bildirilir. Ötən ilin payızında isə 1 il müddətinə 130 min nəfər hərbi xidmətə çağırılıb.
Rus Pravoslav Patriarxı Kirill Ukrayna müharibəsini “Müqəddəs müharibə” elan edib. Patriarx Kirill Kremlin Ukraynadakı müharibəsi ilə bağlı ritorikasını artırıb. Rusiya əvvəllər Ukraynaya təcavüzü üçün əməliyyat terminindən istifadə edirdisə, son vaxtlar bu ifadəni müharibəyə çevirib.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB