İsraildə erkən seçkilər girovların azad olunması razılaşmasını iflic edəcək

İsraildə erkən seçkilər girovların azad olunması razılaşmasını iflic edəcək

İsraildə hökumət əleyhinə etiraz aksiyalarının iştirakçılarının tələb etdiyi kimi erkən seçkilərin keçirilməsi ölkəni iflic vəziyyətinə salacaq və Qəzza zolağında altı aydan artıqdır ki, saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqları dayandıracaq.

SİA xəbər verir ki, bu sözləri İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında deyib.

“Bu çağırışlar (etiraz aksiyaları – red.) müharibənin qızğın vaxtında, qələbədən bir qədər əvvəl İsraili, həmçinin aparılan danışıqları (girovların azad edilməsi ilə bağlı – red.) ən azı səkkiz ay iflic vəziyyətinə salacaq", - Baş nazir nazir bildirib. Netanyahunun sözlərinə görə, “bunu (erkən seçkiləri – red.) alqışlayacaq ilk tərəf HƏMAS olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə