“Putinin taleyi ABŞ-dakı seçkilərindən asılıdır..?”

Əgər Bayden yenidən prezident seçilərsə, bu zaman Rusiyaya qarşı sanksiyalar daha da artacaq
“Putinin taleyi ABŞ-dakı seçkilərindən asılıdır..?”

...Ölkənin iqtisadi qüdrətinin aşağı düşməsi və Qərbin Rusiyaya qarşı davamlı sanksiyaları fonunda ruslar ölkə lideri Putinə qarşı çıxa bilərlər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Business Insider” yazır.

Qeyd edilməldir ki, nəşr bununla bağlı iqtisadi dairələrdən olan həmsöhbətlərə istinad edir.

Deməli həmsöhbətlərin proqnozlarına görə, bu il Rusiyanın iqtisadi qüdrəti azalacaq. Eyni zamanda Qərbin sanksiyaları sadə rusların həyatını çətinləşdirəcək. Çox güman ki, Cozef Bayden noyabrda yenidən ABŞ prezidenti seçilərsə, məhdudiyyətlər sərtləşdiriləcək.

...Rusiya indi Qərbin sanksiyalarının təsirinə tab gətirdi, lakin xalq noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində dönüş nöqtəsini görə bilər...

Qərb, çox güman ki, Ukraynanı dəstəkləməyə davam edəcək, o zaman prezident Co Bayden yenidən seçilərsə, Rusiyaya qarşı sanksiyalar artacaq.

Məqalədə deyilir.

Media həmsöhbətlərinin fikrincə, indi Rusiya Federasiyasında insanlar adi həyatlarını yaşayırlar, “lakin bu, tamamilə qeyri-mümkün strategiyadır və bu iqtisadiyyatın əsasını qoyan inkişafın əsas hərəkətverici qüvvələri gözümüzün qarşısında pisləşir və Donald Tramp seçilməsə, sonra bütün bunlar üzə çıxacaq, yəni “kartlar evi dağılacaq”.

Bunu da “Business Insider” yazır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə