Rusiya vilayətində kəndin atəşə tutulması zamanı bir qadın yaralanıb
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinin Tetkino kəndini atəşə tutması nəticəsində yerli sakin yaralanıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə regionun qubernatoru Roman Starovoyt Telegram-da yazıb.
Onun sözlərinə görə, qadın qəlpə yaraları alıb. İndi ona bütün lazımi tibbi yardım göstərilir.
Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin atəşə tutması nəticəsində müəssisənin ərazisində yanğın baş verib, beş yaşayış binasına ziyan dəyib.
Starovoit sakinlərə əmlaklarını bərpa etməkdə köməklik göstərəcəyini vəd edib.
Bundan əvvəl Ukraynaya məxsus pilotsuz uçan aparat Rusiya regionunda avtomobilə hücum edib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB