Ukraynanın FPV pilotsuz təyyarələrinin təhlili göstərib ki, onların tərkibində NASA-nın Mars proqramında istifadə etdiyi batareyalar var.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə İnteqrasiya edilmiş Pilotsuz Həllər Mərkəzinin rəhbəri Dmitri Kuzyakin danışıb.
Onun sözlərinə görə, çox güman ki, Ukrayna ABŞ-ın köməyi ilə ilk dronları yığıb. O, batareyaların qışda, şiddətli şaxtalarda FPV dronlarından istifadə etmək üçün quraşdırıldığını istisna etməyib. Mütəxəssis akkumulyatorların baha olmasına da diqqət çəkib.
Kuzyakin əlavə edib ki, bəzi dronlarda ABŞ-ın da kosmik proqramda istifadə etdiyi alüminium ərintiləri aşkar edilib.
...Bundan əvvəl Kiyevin meri Vitali Kliçkonun münaqişənin dondurulması ideyasını rədd edərək, Qərbdən əlavə pilotsuz təyyarələr və raketlər istəyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB