Türkiyədə keçirilən seçkilərin nəticələrinə dair ilkin məlumatlar...

Türkiyədə keçirilən seçkilərin nəticələrinə dair ilkin məlumatlar...

Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin nəticələrinə dair ilkin məlumatlar açıqlanır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, indiyədək ölkə üzrə sandıqların 23,52 faizi açılıb. İlkin hesablamalara əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 39,44 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 38,09 faizlə ikinci sıradadır.

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 57,07 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 49,74 faizlə birinci yerdədir.

18:11

Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər başa çatıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, vətəndaşlar ölkənin 30-u böyük şəhər olmaqla, 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibini, həmçinin 50 min 336 kənd və məhəllə muxtarını seçmək üçün səs veriblər.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası da daxil olmaqla, ümumilikdə, 34 siyasi partiya və müstəqil namizədin yarışdığı seçkidə ölkə üzrə 206 min 845 sandıq qurulub. Bu sandıqların 15 mindən çoxu ötən ilin fevral ayında baş verən dağıdıcı zəlzələdən zərər çəkən bölgələrdə açılıb. Sandıqların bəziləri konteynerlərə yerləşdirilib. Buradakı vətəndaşların səsverməyə gəlmələrini asanlaşdırmaq üçün xüsusi avtobuslar ayrılıb. Müəyyən səbəblərdən seçki məntəqələrinə gələ bilməyən vətəndaşlar üçün ünvanlara səyyar qutular göndərilib.

Yaxın saatlarda Türkiyənin Yüksək Seçki Komissiyasının seçkilərlə bağlı ilkin açıqlama verməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə