Almanlar daha “Taurus” qanadlı raketləri istehsal etmirlər?..

Almanlar daha “Taurus” qanadlı raketləri istehsal etmirlər?..

...Almaniyanın MBDA raket sistemlərinin istehsalı və inkişafı şirkəti “Taurus” qanadlı raketlərinin istehsalını dayandırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Almaniyanın “Spiegel” nəşri xəbər verir ki, bu barədə şirkətin rəhbəri Tomas Qotçild bildirib.

Dəqiq zərbələr və yüksək müdafiə hədəfləri üçün nəzərdə tutulmuş uzun mənzilli “Taurus” raketlərinin istehsalı üçün dövlət müqavilələri tələb olunur. Və uzun müddətdir ki, bu müqavilələr gəlmirlər. Qanun bu raketlərin dövlət sifarişi olmadan buraxılmasını qadağan edir.

...Müdafiə sənayesi baza yükü ilə istehsala ehtiyac duyur.

Tomas Qotçild bildirib bunu.

MBDA rəhbəri onu da qeyd edib ki, şirkətə yalnız təchizat zəncirlərini saxlamaq, avadanlıqları ən müasir səviyyədə sınaqdan keçirmək və işçilərin səriştəsini saxlamaq lazımdır. Onda indiki kimi fövqəladə vəziyyətdə şirkət istehsalı çox sürətlə artıra biləcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə