HƏMAS-a qarşı nüvə silahından istifadə edilsin..?

HƏMAS-a qarşı nüvə silahından istifadə edilsin..?

ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Tim Uolberq Xirosima və Naqasakidən nümunə götürərək Qəzza zolağında HƏMAS-a qarşı nüvə silahından istifadə etməyi təklif edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “The Washington Post” yazır.

...Konqresmen Vaşinqtonu “Qəzzaya humanitar yardıma bir sent belə xərcləməməyə” çağırıb. Bununla yanaşı o, baş verənləri bitirmək üçün Naqasaki və Xirosimada olduğu kimi nüvə silahından istifaəni təklif edib.

...Uolberqin ofisi bildirib ki, onun sözləri məcazi mənada qəbul edilməlidir, o, sadəcə olaraq “daha ​​çox insanın həyatını xilas etmək və regionda daimi sülhə nail olmaq” üçün HƏMAS-ı daha tez məğlub etməyə çağırıb.

Qeyd edək ki, konqresdə Uolberq müsəlman və ərəb icmalarının 300 minə yaxın nümayəndəsinin yaşadığı Miçiqan ştatını təmsil edir ki, bu da ABŞ-da ən yüksək rəqəmlərdən biridir.

Və Uolberqin bu sözlərindən sonra demokratlar tənqid atəşinə tutulub.

Bundan sonra onun sözləri “dəhşətli və sarsıdıcı” adlandırılıbb, onu “sözlərini geri almağa çağırıblar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə