Peskov həmin gecə Putinin yatmadığını deyir...

Peskov həmin gecə Putinin yatmadığını deyir...

...Rusiya lideri “Crocus City Hall”da baş verən terror aktından sonra ruslara müraciət etməzdən əvvəl bütün gecəni yatmayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu prezidentin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinlə söhbəti zamanı deyib. Qeyd edək ki, bununla bağlı video Telegram-da yayımlanıb.

...Deməli, Peskov əlavə edib ki, Putin daim təhlükəsizlik qüvvələri ilə əlaqə saxlayır.

...Prezident daim, necə deyərlər, idarəetmə panelində oturur, deyən Peskov qeyd edib ki, həmin gecə təhlükəsizlik qüvvələri ona hazırlığın və həbsin necə getdiyi hesabatını veriblər.

Xatırladaq ki, martın 22-də Müslüm Maqomayev adına “Crocus City Hall”da terror aktı baş vermişdi.

Belə ki, bir neçə silahlı şəxs binaya soxularaq atəş açıb və yanğın törədib. Nəticədə 144 nəfər ölüb, 551 nəfər yaralanıb. Ertəsi gün, martın 23-də Rusiya Federasiyasının rəhbəri insidentlə bağlı ruslara müraciət etmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə