Əgər Əkrəm İmamoğlu İstanbul bələdiyyə sədri seçkilərində qalib gəlsə...

Əgər Əkrəm İmamoğlu İstanbul bələdiyyə sədri seçkilərində qalib gəlsə...

...İstanbulun hazırkı meri Əkrəm İmamoğlu mövqeyini qoruyub saxlayarsa və bugünkü seçkilərdə qalib gələrsə, Türkiyənin növbəti prezidenti ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu türkoloq Yuri Mavaşev rus saytlarına danışarkən deyib.

Xatlrladaq ki, bu gün, martın 31-də Türkiyədə bələdiyyə seçkilərində səsvermə keçirilir, vətəndaşlar digər məsələlərlə yanaşı İstanbulun bələdiyyə sədrini də seçirlər.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri 2028-ci ildə prezidentlik uğrunda mübarizənin “proloqu” hesab olunur. İmamoğlu yenidən qalib gəlsə, Türkiyə prezidenti Rəcəb Ərdoğana ciddi rəqabət yaradacaq.

...Əgər Əkrəm İmamoğlu (İstanbul bələdiyyə sədri seçkilərində - A.B.) qalib gəlsə, bu halda onun Türkiyə prezidenti olmaq şansı çox yüksəkdir. Müxalifətdə yəqin ki, hazırda başqa belə bir fiqur yoxdur. Üstəlik, İmamoğlu mühafizəkar meydanda çox bacarıqlı oynayır.

Bunu deyən Mavaşevin sözlərinə görə, Əkrəm İmamoğlunun dinə böyük hörməti var ki, bu da vacibdir. Bu, əvvəllər dini nümayişdən uzaq olduğu üçün Cümhuriyyət Xalq Partiyasının bir növ nou-hausudur. Bu, Türkiyənin dəyişdiyini göstərir. Ərdoğandan sonrakı lider dəqiq müəyyən edilmiş eşelonla gələcək.

...Hər halda bu, beynəlxalq siyasətə aiddir. Ərdoğanın yürütdüyü beynəlxalq kursu, məncə, gələcək prezident də eyni şəkildə davam etdirəcək.

Qeyd edək ki, bu da rusiyalı türkoloqun ehtimalıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə