...Ukrayna ordusu Tonenkoe kəndi ərazisində, Avdeevka yaxınlığındakı Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə basqın etməyə cəhd edən rus bölmələrini məğlubiyyətə uğradıb.
SİA-nın əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə Rusiyanın uğursuz hücumunun nəticələrini əks etdirən fotolar yayılıb.
OSINT analitikləri yolun kiçik hissəsinin hər iki tərəfinə səpələnmiş onlarla məhv edilmiş Rusiya zirehli texnikasını müəyyən edə bildilər.
Dərc edilmiş fotoşəkillərdə məhv edilmiş 36 rus tankını və 12 piyada döyüş maşınını müəyyən etmək mümkün olub. Ukraynalı piyada Kriegsforscher sosial şəbəkədəki səhifəsində rusların sıçrayış etmək qərarına gəldiyini, lakin fiaskoya uğradığı döyüşün təfərrüatlarını açıqlayıb.
Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərindən birinin etirafınsa görə, bu, müharibənin əvvəlindən bəri bir hücumda rusların itirdiyi ən böyük zirehli texnikadır.
Qeyd edək ki, şəkillrədən də göründüyü kimi, 12 tank və 8 piyada döyüş maşını məhv edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB