Ukrayna Rusiyanın sərhəd bölgələrinə edilən hücumlardan faydalanır?
...Ukrayna hakimiyyəti Rusiya Federasiyasında qadağan olunmuş qrupların Rusiya ilə sərhəd bölgələrinə hücumlarından faydalanır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəhbəri, Rusiya Federasiyasında terrorçu və ekstremistlər siyahısına daxil edilmiş Kirill Budanov deyib.
...Budanov qeyd edib ki, “bizim üçün çox faydalıdır ki, onlar cəbhədəki qrupları genişləndirə və qüvvələri yayındıra bildilər”
Deməli, bunu Budanovdan “Kommersant” sitat gətirib.
Budanovun sözlərinə görə, bu bölmələr yalnız sərhəd bölgələrində fəaliyyət göstərə bilər və onlar “silahla Moskvaya çata” bilməyəcəklər.
Qəzet dəqiqləşdirir ki, Baş Kəşfiyyat İdarəsinin rəisi Rusiya Könüllülər Korpusunun (Rusiya Federasiyasında terror təşkilatı kimi tanınıb və qadağan edilmiş – A.B.) üzvlərinin hücumlarını nəzərdə tuturdu.
Xatırladaq ki, Federal Təhlükəsizlik Xidməti adı çəkilən qadağan olunmuş qruplaşma üzvlərinin saxlanılması ilə bağlı martın 22-də məlumat yayıb.
Onların təhlükəsizlik qüvvələrinə və əcnəbilərə qarşı aksiyalar keçirmək üçün qrup yaratmağa çalışdıqları qeyd edilib.
Bundan əvvəl Rusiya lideri Vladimir Putin vurğulamışdı ki, Rusiya Federasiyasının sərhədyanı rayonlarına hücumlarda iştirak edən bütün Rusiya xainləri müəyyən edilməli və məhdudiyyət müddəti olmadan cəzalandırılmalıdır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB