Londonda “İran İnternational” kanalının əməkdaşı Puria Zeraati evinin qarşısında ayağından bıçaqlanıb. SİA-nın "Sky News"a istinadən xəbərinə görə, o, xəstəxanaya çatdırılıb və vəziyyətinin stabil olduğu bildirilir.
Terrorla mübarizə polisi jurnalistə qarşı hücumu araşdırdığını deyib. Hücumun motivi qeyri-müəyyən olaraq qalır, lakin kanalın keçmişdə işıqlandırdığı mövzular arasında İranda insan haqlarının pozulması var. Ötən ilin fevralında kanal əməkdaşlarına təhdidlər səbəbindən fəaliyyətini müvəqqəti olaraq Vaşinqtona köçürüb, sentyabrda isə kanal fəaliyyətini Londonda bərpa edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB