...Məlum olduğu kimi, rus işğalçıları Xarkova hücuma keçməyi planlaşdırırlar. Eyni zamanda, onlar “baş-başa” hücum etmək istəmirlər, sadəcə olaraq şəhəri mühasirəyə alırlar..?
SİA “Espreso”ya istinadən xəbər verir ki, bunu Milli Qvardiyanın mayoru Aleksey Getman deyib.
Onun dediyinə görə, düşmən bu istiqamətdə iki ordunun bütün əsas qüvvələrindən istifadə edə bilər.
…Aydındır ki, işğalçılar Xarkovu mühasirəyə almağa çalışacaqlar. Bunu sınaya bilərlər. Müvəffəq olub-olmamasından asılı olmayaraq - görəcəyik... Amma işğalçılar Xarkova “baş-başa” hücum etməyəcəklər, çünki bataqlığa düşəcəklərini çox gözəl anlayırlar. Onlar geniş miqyasda hücuma başlayanda demək olar ki, altı aya yaxın Avdeevka yaxınlığında ilişib qaldılar.
Bunu deyən Getman əlavə edib ki, Ukrayna hərbçiləri hər şeyi başa düşür və Rusiyanın mümkün hücumuna hazırlaşır.
Xarkov özü ən möhkəmləndirilmiş şəhərlərdən biridir.
…Biz istehkamları elə qururuq ki, onlar bunu edə bilməz. Biz də hazırlaşırıq.
Bunu da Getman deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB