Terrorçular Belarusda mühakimə olunsunlar, çünki...

...həm ölənlər arasında bu ölkənin vətəndaşları var, həm də bu ölkədə “ölüm hökmü hələ də qüvvədədir”..?
Terrorçular Belarusda mühakimə olunsunlar, çünki...

...Bu arada Rusiya Dövlət Dumasının deputatı Mariya Butina “Crocus City Hall”-a “hücumda” günahlandırılan terrorçuların ölüm cəzasının hələ də saxlanıldığı(?) Belarusa göndərilə biləcəyinə eyham vurub.

SİA-nın əldə etdiyi məlumata görə, “xanım”-deputat buna əntiqə bir əsas da göstərir.

Belə ki, onun iddiasına görə, “Crocus City Hall”-da ölənlər arasında Lukaşenkonun prezident olduğu ölkənin-Belarus vətəndaşları da var.

Məhz buna görə də,..yəni nəzəri olaraq cinayətkarlar Belarusa aparılıb orada da mühakimə oluna bilərlər.

Maraqlıdır ki, bəzi rus saytlarının yazdığına görə, bu semantik xüsusiyyətlərdən daha çox, Butinanın “çılğınlığına” (?) bənzəyir?..

...Və yenə də bəzi saytlarının yazdığına görə, bu gün özünü “terrorçuluğa qarşı döyüşçü” adlandıran rusiyalı ölkə rəhbəri, cinayətkarlarla nümayişkaranə şəkildə mübarizə apara bilsə və hələ bir neçə il bu mövzunu seçicilər qarşısında qaldıra bilsə, onda “terrorçuları” Belarusa təhvil verməyəcək.

Bu dəfədə ...və Z-vətənpərvərlər belə bir manevri qəbul etməyəcəklər, çünki onlar hər hansı bir düşmənlə mübarizə apara bilən “güclü ölkə”nin tərəfdarıdırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə