...Almaniya kansleri Olaf Şolz Pasxa bayramı ilə bağlı video çıxışında bundan sonra da güclü, lakin eyni zamanda ehtiyatla Ukraynanı dəstəkləyəcəyini deyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə köşə yazarı Daniel Brössler Süddeutsche Zeitung üçün məqaləsində yazır.
Şolz vurğulayıb ki, ukraynalılar sülh və hərbi əməliyyatların bitməsindən başqa heç nə istəmirlər.
Eyni zamanda, onun fikrincə, azadlıqsız dünya zülm deməkdir, ədalətsiz dünya isə belə mümkün deyil.
...Buna görə də biz Ukraynanı ədalətli dünya uğrunda mübarizəsində dəstəkləyirik - nə qədər ki, lazımdır dəstəkləyəcəyik də.
Bunu deyən kansler etiraf edib ki, Almaniya öz təhlükəsizliyi üçün Kiyevə kömək edir. O, Berlinin müdafiə sektoruna investisiyaları artırdığını da bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB