...Serbiya prezidenti Aleksandr Vuçiç hökuməti qurmaq mandatını baş nazirin müavini və müdafiə naziri Miloş Vuçeviçə verdiyini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə N1 teleradio şirkəti məlumat yayıb.
...Mən Serbiya Respublikasının Xalq Assambleyasına Miloş Vuçeviçin baş nazir postuna namizədliyini təklif edirəm.
Vuçiç bildirib bunu.
Prezidentin imzaladığı qərarda qeyd edildiyi kimi, Miloş Vuçeviç indiyədək baş nazirin müavini və müdafiə nazirinin məsul eləcə də mürəkkəb funksiyalarını yerinə yetirib.
Bununla da baş nazir funksiyalarını yerinə yetirmək üçün lazım olan fədakarlığa və təcrübəyə malik olduğunu nümayiş etdirib.
Qərarda gələcək Baş nazirin qarşısında duran vəzifələr də sadalanır ki, bunlar arasında EXPO 2027-nin təşkili, eləcə də Serbiyanın sülh, sabitlik və ərazi bütövlüyünün qorunması diqqət çəkir.
Xatırladaq ki, Serbiyada parlament seçkiləri 2023-cü il dekabrın 17-də keçirilib və Serb Tərəqqi Partiyası ətrafında yaradılmış koalisiya 46,75 faiz səs toplayıb.
...Proqressivlər seçkilərə “Serbiya dayanmamalıdır – Aleksandar Vuçiç” siyahısı ilə gedib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB