Fransa parlamenti Ukraynaya qoşun göndərilməsinə icazə verib

Fransa parlamenti Ukraynaya qoşun göndərilməsinə icazə verib

...Fransa Parlamenti hələ də qoşunlarını Ukraynaya göndərmə seçimini nəzərdən keçirir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Fransa Milli Məclisinin rəhbəri Yael Bron-Piveyə istinadən RBC-Ukrayna xəbər verir.

Odessada mətbuat brifinqi zamanı Bron-Piva, Fransa prezidenti Emmanuel Makronun əvvəlki ifadələrini şərh edib və hər şeyin mümkün olduğunu bildirib.

Yada salaq ki, fevralın sonunda Fransa prezidenti Emmanuel Makron Qərb ölkələrinin Ukraynaya kömək üçün qoşun göndərə biləcəyini istisna etməyib.

Daha sonra Fransa lideri aydınlaşdırıb ki, Rusiya yenidən Kiyev və ya Odessaya hücuma başlayarsa, ölkəsi Ukraynaya öz ordusunu göndərə bilər.

Mart ayında Makron yenidən Ukraynadakı fransız qoşunları ilə bağlı açıqlama verib. O, bu variantın istisna olunmadığını vurğulayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə