Özbəkistanda ictimai yerlərdə təhlükəsizlik tədbirləri gücləndiriləcək
Özbəkistanda ictimai yerlərdə təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Özbəkistan Prezident Aparatının yaydığı məlumatda bildirilir ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev hüquq-mühafizə və təhlükəsizlik orqanlarının rəhbərləri ilə müşavirə keçirib.
SİA-nın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın rəhbərliyinə ictimai asayişin qorunması istiqamətində aparılan işləri daha da gücləndirmək və fövqəladə halların qarşısının alınması istiqamətində təsirli tədbirlər görmək tapşırılıb.
Prezident Şavkat Mirziyoyev həmçinin bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları, qeyri-hökumət təşkilatları və kommersiya təşkilatları arasında əməkdaşlığı nəzərdə tutan qanun layihəsinin hazırlanması barədə göstəriş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB