Lloyd Ostin və Rüstəm Umerov arasında telefon danışığı olub

Lloyd Ostin və Rüstəm Umerov arasında telefon danışığı olub

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynanın müdafiə naziri Rüstəm Umerov ilə keçirdiyi görüşdə ölkəsinin Ukraynaya dəstəyini bir daha vurğulayıb.
SİA-nın əldə etdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) verilən bəyanatda iki nazir arasında baş tutan telefon danışığında Rusiya-Ukrayna müharibəsinin müzakirə edildiyi bildirilib.
Bəyanatda nazirlərin Rusiyanın Ukraynadakı şəhərlərə və infrastruktura raket hücumlarının təsirlərini, Ukraynanın əlavə artilleriya, hava hücumundan müdafiə sistemləri və digər imkanlara ehtiyacını da müzakirə etdikləri bildirilib.
Ostin və Umerovun ABŞ Konqresinin əlavə milli təhlükəsizlik qanun layihəsini ən qısa zamanda qəbul etməsinin vacibliyi ilə bağlı razılığa gəldikləri və nazirlərin məsələ ilə bağlı yaxın təmasda qalacaqlarına söz verdikləri qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə