Әlcәzair Qәzzaya 162 ton humanitar yadım göndәrib

Әlcәzair Qәzzaya 162 ton humanitar yadım göndәrib

Əlcəzair İsrailin hücumlarına məruz qalan Qəzza zolağına 162 ton humanitar yardım göndərib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Əlcəzairin rəsmi APS xəbər agentliyinin yaydığı məlumatda Əlcəzairin Qəzzadakı Fələstin xalqına ikinci humanitar yardımı hava yolu ilə göndərdiyi bildirilib.

Xəbərdə 162 ton humanitar yardım materialının Qəzzadakı fələstinlilərə çatdırılması üçün Misirə göndərildiyi qeyd edilib.

Əlcəzair Qızıl Aypara Cəmiyyətinin sədri İbtisam Hamlavi mətbuata verdiyi açıqlamada, prezident Əbdülməcid Tebbunun martın 24-də verdiyi göstərişə əsasən, humanitar yardımın Misirin Əl-Ariş şəhərinə çatdırılacağını bildirib.

Daha əvvəl Qəzzaya 150 ton yardım göndərdiklərini bildirən Hamlavi, Qəzza zolağına hava yolu ilə 310 tondan çox yardım göndərdiklərini qeyd edib.

Yardımın ərzaq və tibbi ləvazimatlardan ibarət olduğunu bildirən Hamlavi Qəzza xalqının ilkin ehtiyaclarını müəyyən etmək üçün fələstinli və misirli həmkarları ilə əlaqə saxlamağa davam etdiklərini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə