Taciklərin Rusiyadan kütləvi köçü başlayıb...

Rusiya iqtisadiyyatında 5 milyon nəfərə çatan işçi qüvvəsi çatışmazlığı əmək miqrantlarının xaricə axını səbəbindən daha da güclənə bilər
Taciklərin Rusiyadan kütləvi köçü başlayıb...

...Tacikistanın Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi Moskva yaxınlığındakı “Krokus Siti Holl”da baş verən terror aktından sonra Rusiyadan əmək miqrantlarının axınını qeydə alıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu idarənin rəis müavini Şahnoza Nodiri bildirib.

...Çoxlu zənglər olur. Bunlar çox güman ki, təcavüzlə bağlı şikayətlər deyil. Vətəndaşlarımızın qorxusu, çaxnaşmaya düşmələri...çoxları ayrılmaq istəyir. Biz indi vəziyyəti izləyirik. Hazırda gedənlərdən daha çox insan Tacikistana gəlir.

Qeyd edək ki, TASS bunu tacikstanlı rəsmidən sitat gətirir.

Bu arada “The Moscow Times” yazır ki, Rusiya iqtisadiyyatında 5 milyon nəfərə çatan işçi qüvvəsi çatışmazlığı əmək miqrantlarının xaricə axını səbəbindən daha da güclənə bilər.

Milli İnşaatçılar Assosiasiyasının prezidenti Anton Qluşkov cümə günü bildirib ki, 2023-cü ildə tikinti sənayesində kadr çatışmazlığı 2022-ci illə müqayisədə 36 faiz artıb.

...Tikinti sektoru ən çox kadr çatışmazlığı olan sahələrdən biridir.

Bunu da rusiyalı rəsmi etiraf edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə