Estoniya Nazirlər Kabinetinin sədri Kaya Kallas Ukrayna Silahlı Qüvvələrində sursatla bağlı problemdən narahatlığını bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Estoniyanın baş naziri Avropa İttifaqı ölkələrinin göndərdiyi sursatların Ukraynaya çatmamasından narahatdır.
TASS ERR portalına istinadən Kallasdan sitat gətirir: “Biz, belə demək mümkünsə, özümüzü kürəyimizə vururuq, deyirlər, yaxşı iş gördük, amma Ukraynadan xəbərlər gəlir ki, sursat onlara çatmır”.
O, həmçinin bildirib ki, memorandumlardan o, cəbhə xəttində ukraynalı əsgərlərin sursat olmadığı üçün yaralıları belə çıxara bilmədikləri barədə şikayətləri öyrənib.
Öz növbəsində Estoniya Müdafiə Nazirliyinin rəhbəri Hanno Pevkur bildirib ki, Ukraynaya mərmi tədarükü ilə bağlı problem pulla bağlıdır.
Onun sözlərinə görə, 1 milyon mərmi təqribən 3 milyard avroya başa gəlir: “Hazırda deyə bilərik ki, mərmilərdən daha çox pul çatışmır”, - deyə estoniyalı nazir izah edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB