...Xatırladaq ki, SİA dünən bununla bağlı yazıb.
Deməli, Ermənistan rəsmisi Avet Poqosyan bildirib ki, təbliğatçı Vladimir Solovyovun “Rossiya-1” kanalında verilişlərinin yayımı artıq Ermənistanda olmayacaq. Qeyd edək ki, rus kanalın özü yayımını davam etdirəcək, lakin Solovyovun proqramları zamanı yayım dayandırılacaq.
Belə görünür ki, Rusiyanın tarixi müttəfiqi olan Ermənistan indi ona arxa çevirərək Qərbə üz tutur.
Fevralda Ermənistan KTMT-dəki iştirakını dondurdu, martda isə Moskvadan Ermənistanın “Zvartnots” hava limanından sərhədçiləri geri çəkməyi xahiş etdi.
Martın 30-dan etibarən Ermənistan bankları Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandıracaq.
...Erməni təbliğatçı, RT-nin baş redaktoru Marqarita Simonyan və Dövlət Dumasının deputatı Konstantin Zatulin 2022-ci ilin oktyabrında Ermənistana giriş qadağası ilə üzləşiblər.
Zatulinə məxsusi olaraq məktubla məlumat verilib ki, o, persona non qrata olub.
Yeri gəlmişkən, tabloid nəşriyyatçısı Aram Qabrelyanovun da 2023-cü ilin yazından Ermənistana girişinə yasaq qoyulub. Tanımamış olmazsınız, Qabrelyanov Putinə yalmanan mövqeyi və Nikol Paşinyanı kəskin tənqid etməsi ilə tanınır.
…Simonyanla bağlı heç bir rəsmi sənəd dərc olunmayıb, lakin baş nazir Nikol Paşinyan müvafiq suala cavab verərək, ölkəyə giriş qadağasını dolayısı ilə təsdiqləyərək bildirib ki, Ermənistanın istədiyi kimi buraxmaq hüququ var.
…Televiziya təbliğatçısı və kinorejissor…Marqaritanın əri Tiqran Keosayan da Ermənistanda “sayılmayanlar cərgəsinə düşənlərdəndir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB