“Biz terrorun kökünü tamamilə kəsmək mövzusunda qətiyyətliyik''

“Biz terrorun kökünü tamamilə kəsmək mövzusunda qətiyyətliyik''

Xarici işlər naziri Hakan Fidan Türkiyənin terrorla mübarizədə görünməmiş bir səviyyəyə çatdığını bildirib.

“Biz terrorun kökünü tamamilə kəsmək mövzusunda qətiyyətliyik''.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bunu Hakan Fidan vurğulayıb.

Dünən İzmirdə açıqlama verən Hakan Fidan nə Egeydə, nə də Şərqi Aralıq dənizində heç vaxt düşmənçilik yaratmağa çalışmadıqlarını, lakin ölkənin maraqlarını qorumaqdan çəkinməyəcəklərini ifadə edərək terrorun kökünü tamamilə kəsmək mövzusunda qətiyyətli olduqlarını bildirib.

Hakan Fidan ədalətli və davamlı sülh əsasında Ukraynadakı müharibəni və Qəzzada törədilən vəhşilikləri sona çatdırmaq mövzusunda səylər göstərdiklərini qeyd edib.

Nazir Hakan Fidan Balkanlarda və Cənubi Qafqazda sülh və sabitlik zəmini gücləndirməyə çalışdıqlarını da vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə