...Fransanın müdafiə naziri Sebastien Lecornu “Var-Matin” nəşrinə müsahibəsində bildirib ki, ölkəsi istismardan çıxarılan silahları sadəcə atmaq əvəzinə (?) Ukraynaya təhvil verəcək.
...Gərək ki, başa düşdünüz,..SİA bu barədə rus saytlarına istinad edir.
...Lekornudan Fransa Silahlı Qüvvələrindən Ukraynaya silah ötürülməsi ilə bağlı tənqidlərə necə reaksiya verdiyi soruşulub.
Belə ki, jurnalist ondan, bu, yəni Fransanın belə “əliaçıqlığı” “Fransanın təhlükəsizliyini zəiflədə bilərmi”- soruşub.
Müdafiə Nazirliyinin rəhbəri cavab verib ki, silahların Ukraynaya verilməsi Fransanın milli təhlükəsizliyinə heç bir şəkildə təsir etmir, çünki onlar... silinib.
...Biz bu silah və texnikanı poliqona atmaq və ya başqa ölkələrə vermək əvəzinə, onları Ukrayna ordusuna veririk. Amma bir daha deyirəm: bu, bizim müdafiə qabiliyyətimizi pisləşdirmir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB