...Qeyd etdiyimiz kimi, bunlara elə yalançı bəhanə lazımmış...
Deməli, rusların Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları bu dəfə Stavropol diyarında terror aktı törətməyi planlaşdıran Mərkəzi Asiya ölkələrindən birinin üç vətəndaşını saxlayıblar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi bildirib.
...Stavropol diyarında insanların sıx toplaşdığı yerlərdən birində partlayış törətməklə terror aktı törətməyi planlaşdıran Mərkəzi Asiya ölkələrindən birinin üç vətəndaşının terror fəaliyyətinin qarşısı alınıb.
Bunu RİA Novosti departamentdən bildirib.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin birinci hissəsi, 205-ci maddəsinin ikinci hissəsinin “a” bəndi (“Terror aktına cəhd”) ilə cinayət işi başlanıb.
...Stavropol diyarında iş üzrə təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə aparılan istintaq hərəkətləri zamanı əldəqayırma partlayıcı qurğunun komponentləri, kimyəvi maddələr və dağıdıcı elementlər aşkar edilərək götürülüb.
Federal Təhlükəsizlik Xidməti əlavə edib.
...İdarənin yaydığı videoda saxlanılanlardan birinin əldəqayırma bomba üçün mismar və digər dağıdıcı elementlər almaq üçün mağazaya necə gəldiyi əks olunub.
...Əcəb faktdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB