“Tramp seçkidə qalib gəlsə, NATO-dan çıxmağa başlayacaq...”

“Tramp seçkidə qalib gəlsə, NATO-dan çıxmağa başlayacaq...”

...Donald Tramp yenidən ABŞ prezidenti seçilərsə, böyük ehtimalla NATO-dan çıxmağa çalışacaq.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton “Le Figaro”-ya müsahibəsində bildirib.

Boltonun sözlərinə görə, Trampın heç bir real siyasi əqidəsi olmasa da və çox vaxt xalis fürsətçi kimi çıxış etsə də, bir fikri varsa, təkrar-təkrar ona qayıdır, sonra fikrini yayındırır, unudur, amma sonda yenidən ona qayıdır və hərəkət edir. Buna görə də NATO-dan çıxmaq real ssenaridir. Bir çox insanlar onun belə bazarlıq etdiyini düşünür, amma mən belə düşünmürəm.

Qeyd etdiyimiz kimi, bunu deyən Bolton, Trampın avropalıları öz müdafiələrinə daha çox pul xərcləməyə çağırdığını xatırladıb.

...Avropa dövlətləri bu yükü amerikalıların üzərinə atmaqdansa, lazımi vəsaitləri xərcləsələr, ittifaq daha güclü olacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə