Rusiyalı deputat da “xarici agent” çıxdı..?

Rusiyalı deputat da “xarici agent” çıxdı..?

...Cümə günü Rusiya Ədliyyə Nazirliyi Sankt-Peterburq Qanunvericilik Məclisinin “Yabloko” partiyasından olan deputatı Boris Vişnevskini xarici agentlər adlandırılan şəxslərin siyahısına daxil edib.

SİA-nın əldə etdiyi məlumata görə, bundan əlavə, xarici agentlər siyahısına vəkil Vadim Proxorov və insan hüquqları layihəsi "Birinci şöbə" də əlavə edilib.

Qeyd edək ki, Boris Vişnevski jurnalist və publisist, Rusiyanın "Qızıl qələm" mükafatı laureatıdır.

Herzen Dövlət Pedaqoji Universitetinin siyasi elmlər kafedrasının professoru. 2016-2021-ci illərdə o, Sankt-Peterburq Qanunvericilik Assambleyasında "Yabloko" fraksiyasına rəhbərlik edib.

O, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqını, Rusiyanın Ukraynadakı müharibəsini pisləyib və Sankt-Peterburqda dəfələrlə korrupsiya və siyasi repressiyalara qarşı çıxış edib.

Ədliyyə Nazirliyinin qərarının əsaslandırıcı hissəsində qeyd olunur ki, Vişnevski “xarici KİV və xarici agentlərin təqdim etdiyi informasiya platformalarında cavabdeh qismində iştirak edib, Ukraynada xüsusi hərbi əməliyyatın keçirilməsinə qarşı çıxıb, dövlət orqanlarının qəbul etdiyi qərarlar barədə yalan məlumatlar yayıb.

...Vadim Proxorov rusiyalı hüquqşünas və hüquq müdafiəçisidir. O, bir çox müxalifətçilərin, o cümlədən Boris Nemtsov, Vladimir Kara-Murza, İlya Yaşin və başqalarının işlərində vəkil kimi çıxış edib. 2023-cü ildə təhdidlərə görə Rusiyanı tərk edib.

...“Birinci şöbə” “müxalifət” maddələri ilə təqsirləndirilən şəxslərin hüquqi müdafiəsini təmin edən insan hüquqları layihəsidir.

Bir daha xatırladaq ki, Rusiyada xarici agentlər haqqında qanun 2012-ci ildə ortaya çıxdı. Qanun Ədliyyə Nazirliyinə qeyri-kommersiya təşkilatlarını xaricdən maliyyə aldıqları və siyasi fəaliyyətlə məşğul olduqları halda xarici agent kimi tanımağa icazə verib.

...Və o gündən başlayaraq, bir gün “işsiz” qalmayıb...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə