Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçiy terror aktları təhlükəsi ilə əlaqədar universitetdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.
SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti rektorun fərmanına istinadən xəbər verir.
Universitet binalarının giriş və çıxışlarında əlavə təhlükəsizlik işçiləri yerləşdiriləcək. Universitetdə həmçinin bütün siqnalizasiya düymələrinin, vandal əleyhinə qurğuların işləməsi, daxili kommunikasiyaların və mühəndis mexanizmlərinin vəziyyəti yoxlanılacaq.
Bundan əlavə, yaxın qohumların ziyarətləri istisna olmaqla, yataqxanalarda qonaq rejimi müvəqqəti olaraq ləğv edilib. Bununla belə, yaxın qohumlar da metal detektor vasitəsilə yoxlanılacaq.
Mütəxəssislər tələbələrlə söhbət edəcəklər. Onlar tələbələrə silahlı hücum zamanı necə davranacaqlarını öyrədəcəklər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB