...Martın 22-də Rusiya böyük terror aktı ilə sarsıldı. Paytaxt Moskva vilayətindəki “Crocus City Hall” konsert zalına basqın edən terrorçular yüzdən çox insanı qətlə yetirib, konsert zalına od vurub yandırdılar. Hücumu həyata keçirən ünsürlərin DEAŞ üzvləri olması xəbərinin ardından hücum edənlər Rusiya-Ukrayna sərhədinə yaxın bölgədə ölkədən qaçmağa çalışarkən yaxalandılar. Hücuma görə məsuliyyəti DEAŞ öz üzərinə götürsə də, Rusiya hakimiyyəti Ukraynanı və onu dəstəkləyən qərb ölkələrini günahlandırır.
Ötən cümə günü Rusiya böyük bir terror aktı ilə üzləşdi. Rusiya üçün bu, tarixin ən böyük terror hücumlarından biri sayıla bilər. Paytaxt Moskvada “Crocus City Hall” konsert zalına silahlı ünsürlər tərəfindən basqın edilməsi nəticəsində yüzdən çox insan həlak oldu, çoxlu sayda insan yaralandı, konsert zalı da yandırıldı. Hücum edənlərin şəxsiyyətləri ilə bağlı sual işarələri olsa da, hücum edənlərdən 4-ü Rusiya-Ukrayna sərhədində yaxalandı.
Bu arada DEAŞ-ın Xorasan qruplaşması yaydığı bəyanatla aksiyaya görə məsuliyyəti öz üzərinə götürərkən, bədənləri üzərindəki kamera ilə yaydıqları görüntüləri isə qətliamı bir daha ortaya qoydu. Rusiya rəsmiləri isə DEAŞ məsələsini fərqli şərh etdilər. Onlar ifadə etdilər ki, hücum təşkilatlanma olaraq DEAŞ tərəfindən həyata keçirilsə də, bunun arxasında Ukrayna və onu dəstəkləyən qərb ölkələri dayanır. Putin və Medvedev kimi aktyorlar da oxşar bəyanatlar yaydılar. Həqiqətən də, son aylarda DEAŞ-ın Əfqanıstanda hazırda yerləşən Xorasan qruplaşmasının fəallıq içində olduğunu, ardıcıl olaraq Türkiyə, İran, Pakistan və indi də Rusiyada terror aktları törətdiyi görünür. Onu da unutmamaq lazımdır ki, hücum edənlər taciklər olub və Tacikistan Çinlə sərhəddə yerləşir. Sanki ABŞ Əfqanıstandan çıxdıqdan sonra bu bölgə DEAŞ üçün hazırlanıb. Təşkilat İraq və Suriyadakı bəzi ünsürlərini də Əfqanıstana köçürməyə nail olub. ABŞ-ın PKK ilə birlikdə Rakkanı mühasirəyə aldığı dövrdə mühüm DEAŞ başçılarının və ünsürlərinin razılaşma ilə buradan çıxdıqları və Əfqanıstana köçdüyü ortaya çıxmışdı. İndi bu təşkilatın ABŞ-la problemi olan ölkələrə qarşı hərəkətə keçməsi əhəmiyyətli görünür. Ona görə də ola bilər ki, Putin düzgün yerə cavab verir.
Nəticədə Moskva hücumu Rusiyada ciddi hiddət doğurdu və Rusiyanın ittiham etdiyi Ukraynaya qarşı qəzəb daha da artdı. İndi ruslar hava və yer şəraitinin yaranmasını gözləyirlər və yəqin ki, Ukraynaya böyük hücuma keçəcəklər və Rusiya ictimaiyyəti əvvəlkindən daha böyük müharibəyə hazır görünür. Yaxın aylar Ukraynada böyük münaqişələrin şahidi olacaq. Qərb ölkələri Ukraynaya daha mənalı dəstək vermədikcə, müharibənin gedişatı böyük ehtimalla Rusiyanın xeyrinə dəyişəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



