Yaponiyada uşaq istismarı halları artıb

Yaponiyada 2023-cü ildə bildirilən uşaq istismarı hallarının sayı əvvəlki ilə nisbətən 6,1 faiz artaraq 122 min 806-ya çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyanın Milli Polis Agentliyinin açıqladığı məlumatlara görə, Yaponiyada uşaq istismarı halları 2023-cü ildə əvvəlki illə müqayisədə 6,1 faiz artıb. Buna görə, 2023-cü ildə ölkə daxilində uşaq məsləhət mərkəzlərinə 122 min 806 uşaq istismarı hadisəsi bildirilib. Ötən il uşaqlara qarşı zorakılıq halları ilə bağlı cinayət araşdırmalarının sayı isə əvvəlki ilə nisbətən 9,4 faiz artaraq 2385-ə çatıb.

Ötən il ölkədə 1990-cı ildən bəri davamlı olaraq artan uşaq zorakılığı hallarında psixoloji zorakılıq və fiziki zorakılıq birinci yerdə olub.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə