Külək təyyarəyə güc gəldi

Portuqaliya aviaşirkətinə məxsus “TAP Air” Portuqal təyyarəsi Madeyra beynəlxalq hava limanına qəfil eniş etmək məcburiyyətində qalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, paylaşılan görüntülərdə “Airbus A321neo”nun eniş zamanı güclü küləyin təsirindən qorunmağa çalışdığı görünür.

Təyyarə bir neçə saniyə uçuş-enmə zolağında ətrafa əyilir, lakin sonda pilot vəziyyətə nəzarəti ələ almağı bacarır.

Qeyd edək ki, Madeyra hava limanı dünyanın ən təhlükəli hava limanlarından biri hesab olunur. Burada baş verən güclü küləklər hətta ən yaxşı pilotları da ağır sınaqla üz-üzə qoyur.

Bütün xəbərlər Facebook səhifəmizdə