Rusiya Şimali Koreyaya qahmar çıxır..?

Rusiya BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Şimali Koreyaya qarşı sanksiyalara dair qətnaməsini bloklayıb

Rusiya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Şimali Koreyaya qarşı sanksiyaların daha bir il müddətinə uzadılmasına dair Amerika qətnaməsinə mane olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Kommersant” yazır.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 13 üzvü sənədi dəstəkləsə də, amma Çin bitərəf qalıb.

...Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya vurğulayıb ki, təşəbbüs müəllifləri Moskvanın sanksiyaların strukturu ilə bağlı təkliflərini rədd edib və onların bitmə tarixini göstərməyiblər.

Hazırkı qətnaməyə əsasən, məhdudiyyətlər qeyri-müəyyən müddətə qüvvədədir.

... Rusiya bununla razılaşmır.

Eyni zamanda, rusiyalı diplomat bildirib ki, ABŞ və Qərb koalisiyası Pxenyanı “boğur”.

Nebenzinin sözlərinə görə, Qərb “ciddi birtərəfli məhdudiyyətlərdən, aqressiv təbliğatdan” istifadə edir və “KXDR hakimiyyətinə qarşı birbaşa şəxsi təhdidlərə” yol verir.

Nebenzya əlavə edib ki, Rusiya həmişə müasir reallıqları nəzərə alır və Şimali Koreyaya qarşı sanksiyalar siyasətində düzəlişlərin tərəfdarıdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə