XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

Macarıstan “Crocus City Hall”dakı terror aktını qətiyyətlə pisləyir və terrorizmlə mübarizədə beynəlxalq tədbirlərin görülməsinə çağırır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto əcnəbi jurnalistlərə müsahibəsində bildirib.

“Biz terrorla qlobal səviyyədə mübarizə aparmalıyıq. Aydın məsələdir ki, bu artıq qlobal çağırışdır və bununla mübarizə aparmaq üçün beynəlxalq qarşılıqlı əlaqələrin qurulmasına ehtiyac var”, - deyə o qeyd edib.

Nazir əlavə edib ki, Macarıstan “Crocus City Hall”dakı faciəni təsvir edən fotoşəkil və videolardan şoka düşüb və baş vermiş terror aktını ən sərt şəkildə qınayır.

Bütün xəbərlər Facebook səhifəmizdə