Terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

“Crocus City Hall”da törədilən terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb.

SİA xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, şübhəli şəxs terrorun maliyyələşdirilməsi sxemində iştirak edib.

“İstintaq məhkəməyə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət verəcək”, - məlumatda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə