“Həssas sərhədlər terrorçu və casusları ABŞ-a cəlb edir...”

...Ağ Evin keçmiş müşaviri Con Bolton “Newsweek” jurnalına müsahibəsində cənub sərhəddinə miqrant axını fonunda ABŞ-ın milli təhlükəsizliyinə ciddi təhdidlər barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Bayden administrasiyasının uğursuz siyasəti nəticəsində ölkəyə asanlıqla kütləvi qırğın silahları gətirilə bilər.

...Mən sərhədlərin açıqlığından çox narahatam. Biz artıq bilirik ki, cinayətkar narkotik kartelləri bizim sərhəd müdafiə sistemimizin zəifliyindən istifadə edirlər. Qorxuram ki, terrorçular onları keçə bilərlər. Bu üsul hava limanları və gömrük postlarından daha təhlükəsiz olduğundan, xarici casuslar bizə nüfuz edə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, keçmiş müşavir bunu jurnala danışarkən deyib.

...Onun sözlərinə görə, bu hücumçular “bioloji və ya kimyəvi silahları qaçaqmalçılıq yolu ilə keçirə bilərlər”.

Bolton, bəzilərinin Pekinin kəşfiyyat xidmətlərində işləməkdən şübhələndiyi çinli miqrantların sayının artdığını da qeyd edib.

Qeyd edək ki, son illərdə ABŞ-a qeyri-qanuni miqrant axını rekord həddə çatmaqda davam edir. Lakin qanunvericilərin Baydenin prezident səlahiyyətlərinin köməyi ilə bu problemi həll etməsi çağırışlarına baxmayaraq, o, bunu Konqresə ötürür.

Yeri gəlmişkən, buna artıq “Newsweek diqqət çəkir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə