"Ermənistan bilərəkdən Rusiya ilə münasibətləri korlayır..."

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan hökumətinin mövqeyinə görə Rusiya ilə Ermənistan arasında münasibətlərdə vəziyyəti nikbin adlandırmaq olmaz. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi Rusiya ilə münasibətləri bilərəkdən korlayır.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə martın 28-də “İzvestiya”ya müsahibəsində bildirib.

...Ermənistanda mən artıq mövcud vəziyyəti şərh etməli oldum, bu, təbii ki, nikbinlik yaratmır. Ermənistan rəhbərliyi, düzünü desək, son üç-üç il yarımın tarixini təhrif edərək, uydurma bəhanələrlə bilərəkdən Rusiya Federasiyası ilə münasibətlərin pozulmasına gətirib çıxarır.

Bunu deyən nazir əlavə edib ki, bu, Gümrüdəki 102-ci hərbi bazada xidmət edən Rusiya hərbçilərinin və sərhədçilərin böhtanında özünü göstərir.

O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı məsələsini də qaldırıb.

Ermənistanda unutmağa başladılar ki, çətin vəziyyətlərdə bu ölkənin maraqlarını dəfələrlə müdafiə edən KTMT olub. 2021-ci ildə isə təşkilat Azərbaycanla münasibətlərindəki gərginliyi azaltmaq üçün Ermənistana öz sülhməramlı missiyasını göndərmək niyyətində olub.

Lavrov əlavə edib.

XİN rəhbəri qeyd edib ki, 2021-ci ilin payızında bu missiyanın mandatı İrəvanda tam razılaşdırılıb. Bundan sonra baş nazir Nikol Paşinyan konsensusun olmadığını açıqlayıb və Avropa İttifaqından analoji missiyanı ölkəyə çağırıb. ...Nazir bildirib ki, hazırda Norveç, ABŞ və Kanadadan hərbi personal ora göndərilir və bununla da Avropa İttifaqı missiyası NATO missiyasına çevrilir.

“Son bir neçə ilin bütün bu hekayəsi cənab Paşinyan, onun əməkdaşları və Ermənistan parlamentinin rəhbərliyi tərəfindən təhrif edilib”, - XİN rəhbəri yekunlaşdırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə