N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

Azərbaycanın Qarabağ bölgəsini tərk edən bəzi dairələr və ya insanlar bilərəkdən və ya bilməyərəkdən Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan hərəkət edir, addımlar atırlar. Onların mühacirətdə hansısa hakimiyyətin olması barədə bəyanatları heç bir həqiqəti əks etdirmir.

SİA Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu fikirləri baş nazir Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında söyləyib.

N.Paşinyan deyib: “Mən açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda bir hökumət var və o hökumət bu otaqda iclas keçirir. Hamımız bu mesajı çox aydın şəkildə dərk etməliyik. Lazım gələrsə, müvafiq addımlar atılmalı, müvafiq tədbirlər görülməlidir ki, müəyyən xarici qüvvələr bundan Ermənistanın təhlükəsizliyinə təhdid yaratmaq üçün istifadə etməsin. Mən açıq şəkildə bildirirəm ki, bizim ölkəmizdə Ermənistan hökumətindən başqa heç bir hakimiyyət yoxdur və ola bilməz”.

Baş nazir qeyd edib ki, əgər Ermənistanda kimsə özünü hökumət kimi tanıyırsa, bu, milli təhlükəsizlik problemidir. “Ümid edirəm ki, bu problemin olması bizim hakimiyyətin öz işində səhvə yol verdiyi anlamına gəlməyəcək. Bu mesajları verənlər, bu məsuliyyətlə danışmaq imkanı əldə etdilər və bu fürsətlə nə etdiklərini gördük”, – deyə Paşinyan vurğulayıb.

Qarabağ separatçılarının sabiq rəhbəri Samvel Şahramanyan Fransanın “Le Figaro” nəşrinə

Bütün xəbərlər Facebook səhifəmizdə