Ruslar indi də kərpicsiz qaldı..?

Dünyanın ən böyük kərpic istehsalçısı Rusiyanı tərk etdi

Dünyanın ən böyük kərpic istehsalçısı Avstriyanın Wienerberger şirkəti Rusiya Federasiyasındakı bütün zavodlarını satıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə məlumatlar Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrində (USRLE) ortaya çıxıb.

Deməli, müəssisələr Rusiyanın Stroymix şirkətinin nəzarətinə keçib. Qeyd edək ki, o, Bryansklı iş adamı Aleksey Filinə məxsusdur.

Onu da bildirək ki, Wienerberger-in Rusiyada iki fabriki var idi: Tatarıstanda və Vladimir vilayətində…

…RBC qeyd edir ki, Filin Klintsovski Silikat Zavodunda və Bryansk Silikat Zavodunda da aktivlərə malikdir.

Bundan əlavə, 2022-ci ildə sahibkarın “Business Invest” şirkəti Krasnodar diyarında “Atakaycement”i Trust Bankdan alıb.

Xatırladaq ki, Avstriyanın Wienerberger konserni Avropa, Şimali Amerika və Hindistan bazarlarında təmsil olunur. Şirkət üzlük kərpic istehsal edir və tikinti ilə məşğuldur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə